AZ

Həyata keçirilən layihələr dövlətimizin inkişafına xidmət edir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizlə yanaşı digər regionlarımızın da inkişaf etdirilməsinə böyük diqqət ayırır. Bu gün dünyada ərzaq çatışmazlığı fonunda, ölkəmizdə kənd təsərrüfatı və aqrar sahənin inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Ölkə başçımızın tapşırığına əsasən regionlarımızda böyük infrastruktur layihələr qurulur və Prezident İlham Əliyev bu layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edir.

Ölkə başçımız aprelin 16-da yenidən qurulacaq Şirvan suvarma kanalının təməl qoyma mərasimində bu kanalın ölkəmizin kənd təsərrüfatının inkişaf etdirilməsində böyük əhəmiyyətə malik olması və gələcəkdə də bu sahədə görüləcək layihələr barədə çıxış etdi.

60 ildən çox müddətdir inşa edilmiş Yuxarı Şirvan kanalı torpaq mənşəli olduğu üçün külli miqdarda su itkiyə gedirdi. Bu da ətraf ərazilərin şoranlaşmasına gətirib çıxarır, torpağı əkinə yararsız hala salırdı. Yenidən qurulacaq Şirvan kanalı beton mənşəli olacaq və su itkisi demək olar ki, baş verməyəcək. Kanalın uzunluğu 120 km-dən 200 km qədər artırılacaq. Bununla da ətraf 10 rayonun fermer və fərdi təsərrüfatları lazımı qədər suvarma suyundan istifadə edə biləcək.

Ölkəmizdə həyata keçirilən bütün sosial və iqtisadi layihələr əhalimizin rifahının yaxşılaşdırılmasına və dövlətimizin iqtisadi inkişafına xidmət edir.

Ölkə başçımız çıxışında yaxın vaxtlarda Qarabağ kanalının da yenidən qurulacağını bildirdi. Qarabağ kanalı işğaldan azad edilmiş torpaqlarımızla yanaşı ətraf rayonlarda əkinçilik sahələrinin genişləndirilməsinə böyük təsir göstərəcək. 100 minlərlə hektar torpaq sahələri becəriləcək, yüksək məhsul əldə edilməsinə imkan yaranacaq. Bu gün Azərbaycan ölkə vətəndaşlarımızın tələbatını ödəmək üçün xarici dövlətlərdən taxıl idxal edir.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilənböyük infrastruktur layihələrin reallaşdırılması nəticəsində Azərbaycanın xaricdən taxıl idxalı minimuma endiriləcək və yaxın illərdə idxala son qoyulacaq. Qarabağ və Şərqi Zəngəzurda yeni su anbarları və kanalları da inşa ediləcək. Bu da Azərbaycan iqtisadiyyatının güclənməsinə böyük təsir göstərəcək. Bütün bu işləri Azərbaycan dövləti öz gücünə reallaşdırır. Bu Azərbaycanın güdrətinin göstəricisidir.

Seçilən
83
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
264
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
243
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
218
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
213
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
206
Azərbaycanda bu məhsul bahalaşdı
202
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
198
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
175
Helikopter qəzası ilə bağlı yeni xəbər
163
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
156
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
155
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
147
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
145
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
143
Həlak olan şəxslər sabah dəfn olunacaq
143
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
138
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
115
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
111
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
111
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
107