AZ

Viktor Orbandan çağırış...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Avropa İttifaqının hazırkı rəhbərliyi istefaya getməlidir”

N.BAYRAMLI

Sıralarında 27 dövləti birləşdirən Avropa İttifaqı (Aİ) sədrliyin dəyişməsi ərəfəsindədir. Quruma sədrlik rotasiya qaydasında dəyişir.  Belə ki, Avropa İttifaqına yarımillik sədrlik hüququ rotasiya ilə növbəti üzv dövlətlərə verilir. Hazırda quruma sədrliyi Belçika həyata keçirir. Cari ilin iyun ayında bu ölkə sədrliyi Macarıstana təhvil verəcək. Ancaq belə görünür ki, Avropa İttifaqında növbəti sədrlik əvəzlənməsi yalnız hüquqi əsasda baş verməyəcək. Bütövlükdə qurum daxilində yaşanan narazılıqlar, artan ziddiyyətlər yeni islahatların aparılmasını zərurətə çevirib.

Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqının hazırkı rəhbərliyi istefaya getməlidir. “Biz “yaşıl keçid”, davamlı inkişaf siyasəti, miqrasiya, hərbi və sanksiyalar siyasəti kimi öz seçdiyi bir neçə böyük layihəsi olan Aİ rəhbərliyinə sahibik və bunların hamısı uğursuzluğa düçar olub. Avropa İttifaqının hazırkı rəhbərliyi getməlidir və bizə yeni liderlər lazımdır”, - deyə Orban mətbuat konfransı zamanı bildirib və onun çıxışının videosu X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. Baş nazir Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Macarıstanın miqrasiya və gender siyasətinə görə Aİ-dən pul almayacağı barədə bəyanatını da xatırladıb. Onun sözlərinə görə, Avropa İttifaqının yaratdığı qanunun aliliyi və konvensiyalar sistemi siyasi şantaj alətinə çevrilib. Aprelin 10-da Macarıstan hökuməti Aİ-nin miqrasiya siyasətinə qarşı çıxıb və Aİ-nin yeni miqrasiya paktını dəstəkləməyib. Orban deyib ki, “miqrasiya paktı Avropa Birliyinin tabutuna vurulan başqa bir mismardır”.

V.Orban Avropa İttifaqının rəhbərliyindəki dəyişikliklərin tərəfdarı olmasını hələ bu ilin fevralında da səsləndirmişdi. O, 2024-cü ilin planlarına həsr olunmuş çıxışı zamanı demişdi: “Brüssel avropalıların həyatını taleyin ümidinə buraxıb. Bir tərəfdən Brüsselin siyasəti, digər tərəfdən isə avropalıların maraqları və iradəsi arasında heç vaxt bu qədər uçurum yaranmayıb”. Orbanın fikrincə, Avropa İttifaqının rəhbərliyində dəyişikliklərin edilməsi yalnız məqsədyönlü tədbirlər nəticəsində baş verə bilər: “Brüsseldə bu dəyişikliklər olmalıdır ki, brüsellilər arasında heç olmazsa, bir neçə avropalı da olsun”.

Hazırda beynəlxalq münasibətlər sistemində qaydaların dəyişdiyi açıq şəkildə  müşahidə edilir. Aydın şəkildə görünür ki, dünya nizamında beynəlxalq hüquq işləmir. Oxşar məzmunlu məsələlərə selektiv yanaşmalar sərgilənir.  Eyni zamanda, ayrı-ayrı beynəlxalq təşkilatlar öz statuslarından kənara çıxaraq onlara aid olmayan işlərlə məşğul olmağa, hətta beynəlxalq gündəliyi qərəzli şəkildə yönləndirməyə çalışırlar. Belə hallar Avropa İttifaqında da mövcuddur. Viktor Orban da belə vəziyyətə etiraz etdiyi üçün ölkəsi Aİ çərçivəsində müəyyən təzyiqlərlə üzləşir. Xatırladaq ki, bir neçə ay öncə Macarıstanın Baş naziri Avropa İttifaqının son bir neçə ildə Budapeştə qarşı ideoloji müharibə apardığını bəyan etmişdi: “Aİ son illərdə Macarıstana qarşı ideoloji müharibə aparıb və daim bizi şantaj etməyə çalışıb”. Onun sözlərinə görə, Aİ getdikcə imperializmə doğru irəliləyir. Baş nazir qeyd edib ki, Avropa İttifaqı getdikcə daha az suveren dövlətlər birliyinə oxşayır: “Siyasi birləşmə, müqavilə hüquqlarına və arqumentlərə baxmayaraq, ölkələri istəmədikləri bir şeydə iştiraka məcbur etməyə çalışır”. O qeyd edib ki, Macarıstan uzun illərdir ki, oxşar şəraitdə yaşayır.

Rusiya-Ukrayna müharibəsinə münasibətdə də Macarıstan lideri Aİ-nin rəhbərliyindən fərqli yanaşma sərgiləyir. V.Orban müharibənin davam etdirilməsinin deyil, sona çatdırılmasının tərəfdarı kimi çıxış edir.  Bir müddət öncə Macarıstanın Baş naziri “Kossuth” radiosuna verdiyi müsahibədə bildirmişdi ki, avropalıların əksəriyyəti Ukraynadakı münaqişənin sülh yolu ilə həllində maraqlıdır, lakin amerikalı milyarder Corc Sorosun təşkilatları Avropa institutlarına sıx inteqrasiya olunub, ona görə də Brüssel sülhyönümlü siyasət yürütməyə başlaya bilməz: “Avropada sülhə dönüş uğursuzluqla nəticələnir, çünki Brüssel əslində, Corc Soros şəbəkəsinin məhbusudur”. Onun sözlərinə görə, Soros imperiyasının adamları nəinki ictimai rəyə təsir edə bilir, həm də “o qədər güclü danışıqlar mövqeyinə malikdirlər ki, özlərinin saxlanması üçün lazım olan pulun bir hissəsini Brüssel xəzinəsindən götürə bilərlər. “Bu adamlar Avropa Komissiyasında və Avropa Parlamentində yer alıblar və hətta bir neçə baş nazir Soros tərəfindən təyin edilib”, - deyə Orban qeyd etmişdi.

Göründüyü kimi, V.Orban Avropa İttifaqında cəsarətli mövqeyi və çıxışları ilə tanınan liderdir. Təbii ki, onun mövqeyi Aİ rəhbərliyi tərəfindən xoş qarşılanmır. Bu səbəbdən də, Macarıstana müəyyən iqtisadi təzyiqlər edilir. Rəhbərliyin dəyişməsinə gəlincə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bir müddət öncə yay aylarında vəzifəsindən ayrılacağını bəyan edib. Xanım Lyayen isə yenə də Avropa Komissiyasının sədrliyinə iddialıdır. O, iyunda rəhbər strukturlara keçiriləcək seçkilərdə namizədliyini irəli sürüb. Bu baxımdan, Aİ rəhbərliyində hansı dəyişikliklərin olub-olmamasını zaman göstərəcək.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
207
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
196
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
195
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
187
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
163
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
163
Azərbaycanda bu məhsul bahalaşdı
159
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
132
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
127
Helikopter qəzası ilə bağlı yeni xəbər
124
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
115
Həlak olan şəxslər sabah dəfn olunacaq
115
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
112
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
110
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
99
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
98
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
92
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
91
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
89
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
87