AZ

Azərbaycanda bu matça külli miqdarda pul yatırılıb — VİDEO

Azərbaycan çempionatında növbəti danışılmış oyun "radar"a düşüb.

Demokrat.az
xəbər verir ki, bu barədə fanat.az-a UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli məlumat verib.

Qurum rəsmisi bu barədə qitə futbol təşkilatından və əməkdaşlıq etdikləri "SportRadar" şirkətindən siqnal aldıqlarını çatdırıb:

"Çox təəssüf ki, danışılmış oyunlarla bağlı siqnallar gəlməkdə davam edir. Hazırda yeni bir məlumatı sizinlıə bölüşə bilərəm. Birinci Liqanın 18-ci turunun bir oyununa Asiya ölkələrindən birində böyük məbləğdə mərc edilib. Söhbət MOİK - "Difai Ağsu" matçından gedir. Bu oyunda 4 qol olacağına iddia edilib. Aldığımız məlumat barədə hüquq-mühafizə orqanlarına rəsmi məlumat hazırlayırıq və yaxın saatlarda təqdim edəcəyik. Araşdırmalar davam edir. Yəqin ki, gün ərzində bu barədə əlavə məlumat veriləcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
8
Mənbələr
Şərh ()
Bağla