AZ

Bu, bizi ukraynalaşmadan qoruyacaq - Kobaxidze

Tarix: 18 Aprel 2024 09:00

"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilk növbədə Gürcüstanı ukraynalaşmadan qorumaq, yəni Gürcüstanın suverenliyinin möhkəmləndirilməsi və ölkənin sabit inkişafının təmin edilməsi məqsədi daşıyır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir bildirib ki, bu qanun Gürcüstanı Avropadan uzaqlaşdırmayacaq, əksinə, onu ən mühüm xarici siyasi məqsədinə - Avropa Birliyinə inteqrasiyasına əhəmiyyətli dərəcədə yaxınlaşdıracaq.
Qeyd edək ki, ötən gün Gürcüstan parlamenti kütləvi etirazlara səbəb olan "Xarici agentlər haqqında" qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Milli.Az

Seçilən
207
2
Mənbələr
Şərh ()
Bağla