AZ

Gürcüstanın milli suverenliyini qoruduğuna əsaslanaraq bu qanun layihəsi önəmlidir - İrakli Kobaxidze

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə gedən müzakirəsi zamanı bir daha aydın oldu ki, opponentlərin layihəyə qarşı arqumentləri yoxdur. Bu qanun Avropa qanunudur və şəffaflıq heç kimə qarşı yönələ bilməz.Azadmedia.az xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.Belə ki, Baş nazirin sözlərinə görə, Amerika və Avropadan olan bəzi siyasətçilərin bəyanatlarında heç bir arqument görünmədi. Arqumentsiz bəyanatlar isə hakim partiyanın qərarına yenidən baxılması üçün əsas ola bilməz.Həmçinin “Parlament ekspertizası bir daha təsdiqlədi ki, layihənin əleyhdarlarının qanun layihəsinə qarşı heç bir arqumenti yoxdur. Əslində qanun Avropanındır. Çünki bu qanun əsas Avropa dəyərlərindən birinə, yəni şəffaflıq və hesabatlılığa əsaslanır. Həmçinin Avropa qanunu olmaqla yanaşı, dövlətçiliyimizin əsas prinsipini - Gürcüstanın milli suverenliyini qoruduğuna əsaslanaraq bu qanun layihəsi önəmlidir", - deyə Kobaxidze qeyd edib.Qeyd edək ki, Kobaxidze deyib ki, Qərbin tənqidlərinə baxmayaraq, qanunun qəbulundan imtina edilməyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
10
azadmedia.az

10Mənbələr