Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib."Report"un yerli bürosu xəbər verir ki, hadisə Şahbuz rayonu Sələsüz kənd ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Cəhri qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əliyev Daşqın Muxtar oğlu xəsarət alıb.
O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.