AZ

Banqladeşdə 3 avtomobil toqquşdu: 11 ölü, 25 yaralı

Banqladeşin Jhalokati rayonunda üç avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib.

APA xəbər verir ki, qəza nəticəsində biri uşaq olmaqla ən azı 11 nəfər ölüb, 25 nəfər yaralanıb.

Yeddi nəfər hadisə yerində həyatını itirib, daha dörd nəfər isə yaxınlıqdakı xəstəxanaya çatdırılan zaman yolda ölüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla