AZ

Stoltenberq Zelenski ilə Ukraynanın təcili ehtiyaclarını müzakirə edib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Tarix: 17 Aprel 2024 21:42

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş katib Stoltenberq "X" hesabında bildirib.
Onun sözlərinə görə, telefon danışığı zamanı Ukraynanın təcili ehtiyacları və NATO-nun bu ölkəyə dəstəyi müzakirə olunub danışıb.
"Yardımın gecikdirilməsi hər gün öz nəticələrini verir. Beləliklə, mənim müttəfiqlərə mesajım aydındır: Ukraynaya daha çox yardım göndərin. Biz həmçinin bu cümə günü NATO-Ukrayna Şurasını çağırmağa razılaşdıq", Stoltenberq paylaşımında qeyd edib.



Milli.Az

Seçilən
204
10
Mənbələr
Şərh ()
Bağla