AZ

İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var - FOTO

İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var.

APA xəbər verir ki, kənddə torpaq və həyətyanı sahələrdə sürüşmə müşahidə olunur, evlərə zərər dəyib.

Kənd sakinləri buna səbəb kimi ərazidən keçən su kanallarını görürlər.

Sakinlərin iddialarına görə, hər gün daha da artan uçqunlar torpaq itkisinə də səbəb olur. Uçqun kəndi, demək olar ki, iki hissəyə ayırıb.

Axıntı güclü olan hissələrdə önləyici tədbirlər görülmədiyindən get-gedə torpaq sürüşməsi genişlənir və sakinlər qorxudan evlərini tərk etməli olurlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
11
Mənbələr
Şərh ()
Bağla