- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Salyanın Kürsəngi kəndində bir neçə gündür ki, kəsif iyi sakinləri narahat edir.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu qəribə qoxunu sakinləri ərazidən keçən çayda qeyri-qanuni balıq ovlayan şəxslərin elektrik vasitəsindən istifadə edərək kütləvi balıq tələfinə yol vermələri ilə izah edirlər.
Tələf olan balıqlar suyun üzərində günlərlə qaldığından ətrafı xoşagəlməz qoxu bürüyür.
Sakinlərin dediyinə görə, bu il Kür çayında suyun həm kifayət qədər olması, eyni zamanda balıqların kürü artım mövsümü olduğundan ərazi sularında görünməmiş miqdarda balıq ehtiyatı var.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.