AZ

Politoloq: Onlar düşünürdülər ki, Rusiya hərbi kontingenti bölgədə əbədi qalacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Yaxşı yadımdadır, Rusiya hərbi kontingenti 10 noyabr 2020-ci ildə Qarabağa daxil olanda şovinist Vladimir Jirinovski Rusiya televiziya kanallarından birində bağırırdı: “Biz Qarabağa həmişəlik daxil olduq, çıxmayacağıq”. Heyf, Jirinovski bu günləri görmədi".




Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 




Onun sözlərinə görə, bizim aramızda da Rusiya hərbi kontingentinin Qarabağdan çıxmayacağına inananlar var idi. Mən hər zaman ümidli idim və hesab edirdim ki, 2020-ci il 10 noyabr bəyanatındakı “Rusiya hərbi kontingentinin 5 illik müddətinin bitməsinə 6 ay qalmış tərəflərdən biri xitam verərsə, sülhməramlılar bölgəni tərk etməlidirlər” bəndi Azərbaycanın xeyrinə işləyəcək: 
"Bu bəndi mətnə əlavə edən Azərbaycan Prezidenti İlham Əliyevin də məqsədi Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini limitləşdirmək idi".
Politoloq deyib ki, Rusiya hərbi kontingenti Qarabağa ayaq basan kimi ermənilər rus hərbçilərini gül-çiçəklə, tortla qarşılamışdılar:
"Onlar da Jirinovski kimi düşünürdülər ki, Rusiya hərbi kontingenti bölgədə əbədi qalacaq və separatizmə dəstək olacaq. 19 sentyabr 2023-cü il anti-terror əməliyyatı ermənilərin illüziyalarına son qoydu. Erməniləri Qarabağa 200 il əvvəl Rusiya imperiyası köçürmüşdü. Erməniləri silahlandıran da Rusiya imperiyası olmuşdu. SSRİ dövründə də Moskva erməniləri himayə edir və yenidənqurmanın son illərində yenidən onları silahlandırmışdı. Xocalı soyqırımında Rusiyaya bağlı tank alayı iştirak etmişdi. 2020-ci ilin sentyabrında Qarabağa ayaq basan rusiyalı hərbçilər yenə də keçmişdə olduğu kimi separatçılarla əlbir oldular, hərbi texnikalarını müşayiət edirdilər. Hamısı bitdi, Rusiya bazalarının, hərbi kontingentlərinin Azərbaycanda varlığı dövrü geridə qaldı, bircə qaldı Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə birgə monitorinq mərkəzi, onun da fəaliyyətinə bir müddət sonra xitam veriləcək".
Məğrur
Sitat.info

Seçilən
94
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1343
Azərbaycanda bu məhsul bahalaşdı
1250
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1162
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1014
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1011
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1001
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
980
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
978
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
970
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
916
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
894
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
835
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
789
Helikopter qəzası ilə bağlı yeni xəbər
769
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
743
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
739
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
732
Həlak olan şəxslər sabah dəfn olunacaq
709
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
680
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
662