AZ

ABŞ Ermənistanı silahlandırmaq üçün bütün vasitələrə əl atır - ŞƏRH

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Həm aprelin 5-də keçirilən görüşdən əvvəl, həm də ondan sonra cərəyan edən proseslər bir daha təsdiq edir ki, ABŞ başda olmaqla Qərbin müharibə komandası Cənubi Qafqazda sabitliyi pozmaq, yeni müharibələrə başlamaq üçün fəaliyyətə keçib. Biz ABŞ-nin Ermənistanı silahlandırmaq üçün bütün vasitələrə əl atmasını daha açıq şəkildə müşahidə edirik.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, ABŞ Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün Ermənistana analitik qruplar göndərəcək.

"Amerika qiymətləndirmə qruplarının Ermənistana göndərilməsi ölkənin KTMT-nin hava hücumundan müdafiə sisteminə davamlı inteqrasiyasını nəzərə almaqla, Ermənistanın HHQ və hava hücumundan müdafiəsini yenidən qiymətləndirməyə və yenidən təşkil etməyə yönəlmiş strategiyanın bir hissəsidir. Hesab edirəm ki, bu addım ABŞ-nin Rusiya və KTMT-nin regionda təsirini azaltmaq istəyinin daha geniş kontekstinə uyğun gəlir. Bu işin müəyyən hissəsi artıq aparılır, bunu Fransanın Ermənistana gətirdiyi radar sistemləri də sübut edir. Bu kontekstdə ABŞ Rusiyanın İrəvana hərbi təsirini azaltmaq üçün nəzərdə tutulan Ermənistanın hava hücumundan müdafiəsini gücləndirmək üçün texnologiya, təlim və dəstək verməklə əsas rol oynamağı planlaşdırır", - deyə deputat bildirib.

Deputatın sözlərinə görə, ABŞ, ümumlikdə Qərbin müharibə komandası təkcə Rusiyanın təsirini azaltmaq niyyətində deyil, həm də Ermənistanı silahlandıraraq onu Azərbaycana qarşı revanşist addımlara sövq etməkdir.

"Bir faktı qeyd edək ki, Birləşmiş Ştatlar Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün Xarici Hərbi Maliyyələşdirmə (FMF) vəsaiti verəcək. Məlumat üçün bildirim ki, Xarici Hərbi Maliyyələşdirmə (Foreign Military Financing, FMF) proqramı ABŞ-nin müttəfiqlərini və tərəfdaşlarını avadanlıq, təlim və digər hərbi ehtiyaclar üçün qrantlar və ya kreditlər verməklə dəstəkləmək üçün nəzərdə tutulmuş əsas ABŞ xarici siyasət alətidir.

Bu proqram qəbul edən ölkələrin müdafiə qabiliyyətinin gücləndirilməsinə və hərbi qarşılıqlı fəaliyyətin artırılmasına kömək edir. Bu kimi faktları çox sadalamaq olar. Lakin elə misal çəkdiyimiz məsələnin özü Birləşmiş Ştatların Cənubi Qafqazı müharibə meydanına çevirmək üçün fəaliyyətə keçdiyini təqsdiqləyib. Lakin bir daha o məqama qayıdırıq ki, Ermənistan hakimiyyəti yaxşı-yaxşı düşünməli, ağılsız addımlardan çəkinməlidir", - deyə o əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə bildirib ki, 5 aprel görüşünün nəticəsinə uyğun olaraq əsas da ABŞ tərəfindən verilən vədlər və Ermənistanın hərbi ləvazimatlarla təmin edilməsi ilə bağlı edilən çağırışlar birmənalı şəkildə bölgədəki, sərhəddəki vəziyyəti gərginləşdirmək, sülhü əngəlləmək, aranı qatmaq məqsədini daşıyır.

"Eyni zamanda Qərb dairələri onu göstərməyə çalışır ki, Ermənistan artıq Rusiyanın əlindən çıxıb və ABŞ-nin, Avropanın himayəsindədir. Məlum gedişata qətiyyən təəccüblənmədim və kimsə də təəccüblənməsin. 30 il ərzində Qarabağın işğalına göz yumanlardan, ATƏT-in Mink Qrupunun tərkibində qış yuxusuna dalanlardan, BMT-nin 4 qətnaməsini görməzdən keçənlərdən, hər fürsətdə yeni bir ədalətsizliyə imza atanlardan başqa nə gözləmək olardı ki? Əlbət, heç nə?! Sadəcə ABŞ və Avropa bir məqamın fərqində deyil ki, Ermənistan kimi yırtıcı və işğalçı dövlətə əl uzatmaqla, yardım etməklə ilk növbədə özlərini gözdən salırlar, onsuzda enişdə olan nüfuzlarını daha da itirirlər, qlobal dünyada etibarsız, güvənsiz tərəfdaşa çevirilirlər.

Təbii ki, bu cür həmlələr, bu cür təzyiqlər Azərbaycanı öz müstəqil və milli siyasətindən sapdıra, döndərə, yayındıra bilməz. Ermənistana nə silah verirlərsə versinlər, nə yardım edirlərsə etsinlər, bütün hallarda yenə güclü tərəf Azərbaycan olacaq. Çünki haqlı və ədalətlinin qarşısında kimsə duruş gətirə bilməz", - deyə deputat əlavə edib.

Seçilən
132
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
350
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
311
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
262
Azərbaycanda bu məhsul bahalaşdı
258
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
244
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
242
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
236
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
222
Helikopter qəzası ilə bağlı yeni xəbər
206
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
203
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
188
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
182
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
166
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
166
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
165
Həlak olan şəxslər sabah dəfn olunacaq
164
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
131
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
130
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
128
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
123