AZ

Süleyman Ələsgərova həsr olunmuş "Xalqin mədəni sərvəti" layihəsi davam edir - FOTO

Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin ikinci günü Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdaş Heydər Əliyev Mərkəzində bəstəkarın əsərlərindən ibarət konsert baş tutub. Konsert zamanı Mingəçevir şəhər musiqi məktəblərinin kollektivlərindən ibarət "Xarı Bülbül xalq çalğı alətləri ansamblı"nın müşayiəti ilə "Daimi hərəkət", "Vətənimdir", "Gözəl Şuşa", "Ulduz" kinofilmindən "Qədirin mahnısı", "Anacan", "Küsmərəm", Yevlax şəhər Mədəniyyət Mərkəzinin və musiqi məktəblərinin kollektivlərindən ibarət "Aran xalq çalğı alətləri ansamblı"nın müşayiəti ilə "Rəqs-tokkata", "Vağzalı çalınır", "Bilsəm sən gəlirsən", "Bahar", "Ağdamım mənim", "Qəmərim", "Ulduz kinofilmindən "Mövsümlə Nazilənin dueti" səsləndirilib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
Mənbələr
Şərh ()
Bağla