AZ

Mbappe Çempionlar Liqası tarixinin ən yaxşı 10 bombardiri sırasına daxil oldu

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə cavab oyununda (4:1) dubla imza atıb.

Hazırda fransalının aktivində əsas avrokuboklar üzrə 48 qolu var. O bu göstəricidə Zlatan İbrahimoviç və Andrey Şevçenkoya çatıb.

25 yaşlı Mbappe Çempionlar Liqası tarixinin ən yaxşı 10 bombardiri arasına daxil olub. O, İbrahimoviç və Şevçenko ilə birlikdə 9-cu pillədə qərarlaşıb.

İlk pillədə isə 140 qolla portuqaliyalı Kriştianu Ronaldudur.

Mənbə: Bombardir.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
5
Mənbələr
Şərh ()
Bağla