AZ

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 12 faizdən çox artıb

Naxçıvanda

Naxçıvan, 17 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında aprelin 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 faiz artaraq 16936 olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,4 faiz artıb və 481 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4,8 faiz artaraq 5579-a çatıb.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
2
Mənbələr
Şərh ()
Bağla