AZ

Aytən Səfərova qəzaya düşüb - TƏBİB məlumat yaydı - YENİLƏNİB

Aytən
Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır. Bu barədə 1news.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
*** 10:07 Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 1news.az xəbər verir ki, hadisə 8 Noyabr prospektində, "Gənclik Park"ın qarşısında qeydə alınıb. Belə ki, tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai" markalı avtomobil digər "Hyundai" ilə toqquşaraq aşıb. Nəticədə, aşan avtomobil yol kənarında olan "Kia Soul" markalı avtomobilə çırpılıb. Nəticədə bir nəfər ölüb, Aytən Səfərova da daxil olmaqla, bir neçə nəfər xəsarət alıb.

Xəsarət alanların vəziyyəti dəqiqləşdirilir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
3
Mənbələr
Şərh ()
Bağla