AZ

Bu şəxslər ömür boyu siqaret ala bilməyəcək

İngiltərədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, “Siqaretsiz nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib.Qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər. Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb. Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb. BBC-yə danışan bəzi Mühafizəkarlar Partiyasının deputatları qanunu dəstəkləməyəcəklərini bildiriblər.Hakim partiya vurğulayıb ki, parlamentdə səsvermə zamanı deputatlar istədikləri səsi verməkdə azad olacaqlar. Lakin qanunun ana müxalifətdəki Leyboristlər Partiyası və Liberal Demokrat Partiyasından olan deputatların səsləri ilə qəbul ediləcəyi gözlənilirdi.Qanun siqaret çəkməyi deyil, siqaret məhsullarının satışını qadağan edir. Tütün istifadəsi İngiltərədə qarşısı alına bilən ölümün əsas səbəbidir. Uzun müddətli istifadəçilərin, təxminən, üçdə ikisi ölür, siqaret hər il 80 min ölüm təşkil edir. Demək olar ki, hər dəqiqə bir insan infarkt, insult və ağciyər xərçəngi kimi siqaretlə əlaqəli səbəblərdən xəstəxanaya yerləşdirilir.Səhiyyə naziri Viktoriya Atkins qanunun minlərlə insanın həyatını xilas edəcəyini və İngiltərədə səhiyyə sisteminə təzyiqi azaldacağını müdafiə edib: “Həqiqət budur ki, tütündən istifadənin təhlükəsiz səviyyəsi yoxdur. Bu, həqiqətən zərərlidir, gələcək nəsilləri qorumaq üçün bu addımı atırıq".Qanun çöl yoxlamalarını həyata keçirəcək orqanlara uşaqlara tütün və ya elektron siqaret satdığı aşkarlanan satıcılara dərhal 100 funt sterlinq cərimə tətbiq etmək səlahiyyəti verir. Bu cərimələrdən əldə edilən gəlir qanunun funksionallığının gücləndirilməsinə sərf olunacaq. Qanun, həmçinin elektron siqaretləri daha az cəlbedici etmək məqsədi daşıyır.Ay Tac

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
2
Mənbələr
Şərh ()
Bağla