AZ

"G7" ölkələri dondurulmuş Rusiya aktivləri ilə Kiyevə yardım imkanlarını araşdırırlar

ABŞ və onun "G7" üzrə müttəfiqləri Ukraynaya kömək etmək üçün dondurulmuş Rusiya aktivlərinin təxminən 300 milyard dollarını açmaq imkanlarını araşdırmağa davam edir.
Bu barədə ABŞ maliyyə naziri Canet Yellen bildirib.
ABŞ və digər "G7" ölkələrinin bu işi dəstəkləməkdə sarsılmaz öhdəliyini vurğulayaraq, o, Konqresi Kiyevə lazımi hərbi və büdcə yardımının göstərilməsini dərhal təsdiqləməyə çağırıb.
"Bu, humanitar və mənəvi tələbdir", - deyə C.Yellen Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Vaşinqtonda keçirilən iclasları çərçivəsində keçirilən mətbuat konfransında qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
1
Mənbələr
Şərh ()
Bağla