AZ

Tokayevin Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı təklifi təsadüfi deyil - ŞƏRH

Bakı. Trend:

Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyiniistisnasız olaraq dəstəkləyən dost və qardaş bir ölkədir. Hələ2005-ci ildə Azərbaycanla Qazaxıstan Respublikası arasında stratejitərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqaviləimzalanıb və hər iki ölkənin parlamentlərində ratifikasiya olunub.2022-ci ildə isə “Azərbaycan Respublikası ilə QazaxıstanRespublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi vəmüttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqındaBəyannamə” imzalanıb və Azərbaycan-Qazaxıstan münasibətlərininbütün istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı yeniprioritetlər müəyyənləşib.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu il martın 11-12-də Qazaxıstan RespublikasınınPrezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərigerçəkləşib.

"Səfər çərçivəsində Kasım-Jomart Tokayev Prezident İlhamƏliyevlə birlikdə Füzuli rayonunda və Şuşa şəhərində olublar,həmçinin Qazaxıstanın hesabına inşa edilən Kurmanqazı adına UşaqYaradıcılığının İnkişafı Mərkəzinin açılış mərasimində iştirakediblər. Qazaxıstan Prezidentinin ölkəmizə dövlət səfərindəntəxminən bir ay sonra Ermənistana getməsi və bu ölkənin baş naziriilə danışıqlarda Azərbaycan-Ermənistan münasibətlərinə diqqətçəkməsi, Qazaxıstan ərazisinin Azərbaycanla Ermənistan arasındasülh danışıqları üçün platforma kimi təqdim etməsi, qənaətimə görətəsadüfi deyil və istisna etmirəm ki, bütün bu məqamlar QazaxıstanPrezidentinin ölkəmizə səfəri zamanı nəzərdən keçirilib", - deyə oqeyd edib.

E.Mirzəbəyli vurğulayıb ki, Qazaxıstan bölgədə sabitliyinqorunub saxlanmasında, təhlükəsizliyin təmin edilməsində maraqlıolan və bu istiqamətdə səmimi səylər göstərən bir ölkədir.

"Azərbaycanla Qazaxıstanın birgə səyləri nəticəsində “Ortadəhliz” – Transxəzər Beynəlxalq (multimodal) Nəqliyyat Dəhlizireallığa çevrilib və əhəmiyyətini gündən-günə artırmaqdadır.Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması,şübhəsiz ki, regionda kommunikasiyaların açılmasına və “Ortadəhliz”in Azərbaycan üzərindən keçməklə Ermənistan marşrutunun daişə düşməsinə, mahiyyət etibarilə “Zəngəzur dəhlizi” layihəsinin dəgerçəkləşməsinə zəmin yarada, bölgədə etimadlı münasibətlərinformalaşmasına yol aça bilər.

Bütün hallarda, Qazaxıstanın da Xəzəryanı ölkə olduğunu nəzərəalsaq, bölgə dövlətlərinin regionda davamlı sülhün əldə olunmasıilə bağlı səyləri müsbət qəbul olunmalıdır. QazaxıstanınAzərbaycanla və Ermənistanla münasibətləri bu ölkənin sülhdanışıqlarında platforma kimi çıxış etməsinə və sülh prosesinətöhfə verməsinə imkan yaradır", - deyə o əlavə edib.

Məqalədə:
Seçilən
140
50
Mənbələr
Şərh ()
Bağla