AZ

“Qazaxıstan Ermənistan və Azərbaycana danışıqlar üçün platforma verməyə hazırdır” – Tokayev

 
“Qazaxıstan Ermənistan və Azərbaycana sülh sazişinin bağlanması üzrə danışıqlar platforması verməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlardan sonra deyib.
“Biz Ermənistan və Azərbaycanın sülh sazişi bağlamaq istəyini alqışlayırıq, Qazaxıstan burada maksimum köməklik göstərməyə və xeyirxahlıq missiyasını öz üzərinə götürməyə, iki ölkə arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır”, - Qazaxıstan lideri bildirib.
Seçilən
103
1
Mənbələr
Şərh ()
Bağla