AZ

Slovakiyanın baş naziri Ukraynanın NATO-ya qəbulu ilə bağlı kəskin danışıb

Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Ukrayna Şimali Atlantika Alyansına qoşulmaq istəyini ifadə edə bilər, lakin Bratislava onun NATO-ya qəbulu ilə bağlı sənədləri ratifikasiya etmək niyyətində deyil, çünki Slovakiya ölkənin neytral statusunda maraqlıdır. 

“Bu, onların sərbəst qəbul etdiyi qərar olacaq. Biz deyirik ki, parlamentdə ratifikasiya etməyəcəyik, çünki Slovakiyaya neytral Ukrayna lazımdır”, – deyə Fiko vurğulayıb.

O əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyü Slovakiyanın maraqlarını təhdid edir və bu, Kiyevin hərbi-siyasi bloka inteqrasiyası məsələsində Bratislavanın mövqeyini müəyyən edir.

Eyni zamanda, baş nazir qeyd edib ki, Slovakiya Ukraynanın Aİ-yə üzvlük ideyasını dəstəkləyir. Fiko vurğulayıb ki, Bratislava yaxın vaxtlarda bu məsələ ilə bağlı danışıqlar prosesinin başlanmasının tərəfdarıdır.

Mənbə: A Haber

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
4
Mənbələr
Şərh ()
Bağla