AZ

Slovakiyanın Avropa İttifaqını Ukraynada sülhü təşviq etməyə çağırıb

Slovakiyanın Baş naziri Robert Fiko hesab edir ki, Avropa İttifaqı (Aİ) münaqişəni dəstəkləməyərək, Ukraynada sülhün bərqərar olmasına kömək etməlidir...Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Fiko Slovakiyanın “bütün hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasını” istədiyini bildirib.“Biz Aİ-nin hər iki tərəf üçün yaxşı və ədalətli sülh üçün vasitəçilikdə daha fəal rol oynamasını istəyirik. Aİ müharibəni dəstəkləyən hərbi təşkilat ola bilməz, çünki o, sülh prinsipləri üzərində qurulub”, deyə Baş nazir Slavin memorial kompleksində gülqoyma mərasimində deyib.Fikonun fikrincə, “ukraynanın hərbi baxımdan bəxti gətirmədiyi tamamilə aydındır”. Eyni zamanda, Baş nazirin sözlərinə görə, Qərb ölkələri Rusiyanın Ukraynada uğur qazanmasına imkan vermək istəmir.“Bunun nəticəsi nə olacaq? Uzunmüddətli hərbi münaqişə. Üç ildən sonra biz indi olduğumuz yerdə olacağıq, lakin hər iki tərəfdə yalnız daha çox ölü əsgər olacaq”, deyə Robert Fiko fikrini yekunlaşdırıb.Qeyd edək ki, Robert Fiko 2023-cü ilin oktyabrında Slovakiya hökumətinə rəhbərlik edir. O ötən ilin noyabrında əvvəlki kabinet tərəfindən təsdiqlənmiş 40,3 milyon avroluq hərbi yardımın Kiyevə köçürülməsinə mane olub. Robert Fiko bildirib ki, döyüşləri dayandırmaq üçün Ukrayna Rusiyaya ərazisinin bir hissəsini verməlidir.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
42
Mənbələr
Şərh ()
Bağla