AZ

Dünyanın ən qədim birja binası YANIR – VİDEO  

Danimarkanın paytaxtı Kopenhagendə dünyanın ən qədim, tarixi birja binası olan Börsendə yanğın başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Yanğın nəticəsində dörd əjdahanın bir-birinə dolanmış quyruğu şəklində olan 56 metrlik şpil dağılıb. Hələlik yanğının səbəbi və zərərçəkənlər haqqında rəsmi açıqlama verilməyib. 

Qeyd edək ki, birja binası 1625-ci ildə tikilib və şəhərin əsas simvollarından biridir.
 

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
25
Mənbələr
Şərh ()
Bağla