AZ

"21 aprel mitinqi müxalifətin xarici ölkələrdə olan himayədarlarına çağırışdır" - Deputat sərt danışdı

\"21 aprel mitinqi əslində fəaliyyətsiz və ölü vəziyyətə düşmüş, guya hakimiyyətə qarşı müxalifət qrupunun özünü canlandırması üçün ortaya atdığı blefdir\".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. 
 
Millət vəkili həmçinin qeyd edib ki, 21 aprel mitinqinin məqsədi müxalifətin fəaliyyətsizliyini pərdələməkdir: \"21 aprel mitinqində məqsəd bu blefin də fəaliyyətsizliyini pərdələmək və buna bəraət qazandirmaqdır. Bunula da biz mitinqə cəhd etdik adamlar gəlmədi yaxud hakimiyyət icazə vermədi deyərək müxalifətin ömrünü bir az da uzatmaqdır. Ancaq məni təəccübləndirən başqa şeydir. İllər keçir və bu adamlara zərrə qədər dövrün, zamanın dəyişməsi bir yenilik gətirmir. İndiki dönəmdə Qarabağın işğaldan azad olunması, Azrbaycan dövlətinin işğal altında olan kəndlərinin qaytarılması istiqamətində atdığı addımlar və Zəngəzurun açılması üçün çalışması daha qlobal hadisədir. Bu dönəmdə arzuolunandır ki, yeni müxalifət anlayışı da olsun. Ancaq daha yaradıcı, daha qlobal ölkənin qarşısında duran məsələlərə münasibətdə dəyişik bir yanaşma ortaya qoymağı bacarmayanlar yenə də qayıdırlar mitinq taktikasına\".
 
Fazil Mustafa müxalifətin 21 aprel mitiqini onların xarici ölkələrdə olan himayədarlarına edilən çağırış adlandırıb:
 
\"Adamdan soruşarlar sənin elə ağlın-zəkan varsa, əlində sosial şəbəkə olduğu halda mitinqə 5-10 min nəfər yığmağa niyə bu qədər əziyyət çəkirsən? Bunun əvəzinə sosial şəbəkədən ağıllı istafadə et də. Bir ağıllı çıxış, yazı və ya mövqe ilə cəmiyyətdən dəstək al. Niyə bu dəstəyi ala bilmirsən? Çünki ortada zəka və problemlərə baxış məsələsi var. Ona görə də deyə bilərəm ki, 21 aprel mitinqi əslində müxalifətin xarici ölkələrdə olan himayədarlarına edilən çağırışdır. Onlara bizimlə işləmək məqsədəuyğundur mesajını verməkdir. Çünki hakimiyyətə qarşı ən çox fəliyyət göstərənlər xaricdə olan erməni lobbisi, müəyyən dərəcədə azərbaycanın uğurlarını qəbul etməyən qüvvələrdir. Onlar bu hərəkətləri ilə Ermənistana açıq şəkildə dəstək verib, Zəngəzuru özləri üçün bir təhlükə görürlər\".
 
Fazil Mustafa deyib ki, 21 aprel mitinqi xaricdən gələn bir sifarişdir:
 
\"Bu mənada ki, biz mitinqə çıxırıq siz də qüvvələrinizi qoşun. Bəlkə hakimiyyətə ziyan vura bilək. Hesab edirəm ki, Azərbaycan xalqı Qarabağın işğalından sonra daha güclü bir xalqdır. Onlar da təhlükəli, avantürist çağırışların ölkənin gələcəyi üçün böyük problem yaradacağını anlayırlar. Ona görə mitinqi dəstəkləmirlər. Bu gün müəyyən narazılıq simptomları daşıyan insanlar belə sabitliyin pozulmasının nə olduğunu Ermənistan nümunəsində görürlər. Əgər bizə Qərbə göstərmək üçün Ermənistanda olan demokratiya lazımdırsa, bu bir məğlubiyyət demokratiyasıdır. Biz məğlubiyyət demokratiyası əvəzinə güclü və inkişaf etmiş bir dövlətin demokratiyasını, onun demokratik dəyərlərini inkişaf etdirmək barədə düşünsək daha faydalı olmazmı? On görə də bu tip məsələlərdə yanaşma tərzi arxaik yanaşma tərzidir. Yenə də mitinq anlayışı ilə davranmaq və başqa yol tapmamaq deməkdir. 30 ildir bu adamlar hələ də yeni dünyanın, yeni texnalogiyanın nə olduğunu anlamadılar, onun imkanlarından istifadə etməyi də bacarmadılar. Yenə də küçəyə çıxıb, qarışıqlıq yaradıb nəyisə əldə etmək barədə düşünürlər. Düşünmürəm ki, bu aşkar formada Azərbaycan əhalisinə olan cağırışdır. Bu birbaşa xaricdə olan Azərbaycan dövlətinin, hakimiyyətinin son illərdə Qarabağı azad etməsi, Zəngəzurun açılması istiqamətində ciddi işlər görməsi fəalyyətinə zərbə vurmaq üçün müəyyən dərəcədə dəstəklənməsinə hesablanıb. Daxili gücün bunu edəcəyinə inamım yoxdur. Belə əhval-ruhiyyə də cəmiyyətdə yoxdur. Çalışmalıyıq ki, ölkəmizdə bu məsələlər sağlam düşünən insanların sağlam qüvvələrin dialoqu vasitısilə gerçəkləşsin\".
 
Günel Hüseynli
Seçilən
180
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28708
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27260
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
20882
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18207
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14858
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10606
Sabah 20 dərəcə isti olacaq
10284
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
9666
May ayında Azərbaycana qar yağdı - VİDEO
9062
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8933
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8619
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7562
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7263
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7218
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6967
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6848
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6683
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6668
Azərbaycan nefti ucuzlaşıb
6324
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6314