AZ

21 apreldə Bakıda Fransa bayrağını qaldırmaq istəyirlər?!

İki ay öncə keçirilən prezident seçkilərində xalqı boykota və seçkidə iştirakdan imtinaya çağıran və seçkidə iştirakı xəyanət adlandıran Əli Kərimli, indi də parlament seçkilərinə çağırış adı ilə həmin insanları mitinqə çağırır. Bəs nə oldu, nə dəyişdi ki, bu iki ayda? Azərbaycanmı dəyişdi? Yoxsa “mitinqlər kralı”nın özümü dəyişdi?

Azərbaycan bu iki ayda deyil, yaddaşlarda ən yaxşı halda mitinqlərlə qala biləcək o radikalların ölkənin ən bədbəxt stadionuna çevirdikləri “Məhsul stadionu”nda 5 il öncə keçirdikləri sonuncu mitinqdən sonra köklü olaraq dəyişilib. Ən az o qədər dəyişilib ki, o radikal mitinqbazların Qaradağda mitinq keçirmək təklifinə şəhərdən uzaqdır bəhanəsilə yox dedikləri halda, Azərbaycan vətəndaş cəmiyyəti onların üzündən 30 il düşmən tapdağında qalan Laçın yolunda həftələrlə etirazlar keçirdi. Bakıdan 20 km məsafədə yerləşən Qaradağda toplaşmaqdan çəkinən radikal müxalifətin yuxuda belə görmək iqtidarında olmadığı və Bakıdan 370 km məsafədə yerləşən Xankəndi stadionunda Prezident İlham Əliyevin möhtəşəm mitinq keçirəcəyi qədər dəyişib ölkəmiz. Son 2 ayda deyil, son illərdə və təkcə Azərbaycanda deyil, ümumilikdə regionda baş verən bu kolosal dəyişiklikləri görməmək mümkün deyil, görmək istəməmək isə mümkündür.

Bəs ancaq AXC qalıqlarından və həyatının ahıl dönəmində şura sədri postu ilə şirnikləndirərək aldadıb yoldan çıxardıqları “professor”dan ibarət olan Şurayi millidə iki ay ərzində nə dəyişdi ki, bu onların seçkiyə baxışına təsir elədi?! “Qozbeli qəbir düzəldər” deyən atalarımıza inansaq, onlarda heç nə dəyişməyib. Deməli, burada başqa məsələ var. Başqa məsələ var ki, seçkidən imtina mitinqlərinə cəhddən seçkiyə çağırış mitinqinə cəhdə qədər mövqe dəyişən adam, ritorikasına da radikal dəyişiklik edib, açıq şəkildə təhdid və hədə dilində danışır.

Adamı danışdıran puldur, siyasətçi imitasiyasını edənləri danışdıran qrantdır, onları daha çox və ucadan danışdıran isə daha böyük qrantlarla bağlı vədlərdir. İndiki halda radikallarımızı danışdıran Makron Fransası kimi dövlətlərin daha böyük qrant vədləridir. İkinci Qarabağ müharibəsində Ermənistanla birlikdə uğradığı məğlubiyyətdən hələ də özünə gələ bilməyən, Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyətimizin məntiqi davamı kimi Bakı Təşəbbüs Qrupunun möhtəşəm antikolonialist fəaliyyəti, uzaq olsa da, Makron Fransasından həm məsafə, həm də dəyərlər baxımından daha yaxın olduğumuz Yeni Kaledoniyanın küçələrində bayrağımızın dalğalanması Makronu qrantların məbləğini artırmağa vadar edib. 20-21 mart tarixlərində Yeni Kaledoniyanın paytaxtı Numeada bayrağımızla yanaşı qələbəmizin simvolu olan “Dəmir yumruğ”un da nümayiş etdirilməsi həm siyasi, həm də maddi baxımdan erməni diaspora və lobbi təşkilatlarından tam asılı vəziyyətdə olan Makron üçün son damla olub yəqin.

Ona görədir ki, Emmanuel Makron bütün gücünü səfərbər edərək BMT Təhlükəsizlik Şurasında, Avropa Parlamentində, Avropa Şurasında, Frankafoniya təşkilatında və əlinin uzana bildiyi bütün platformalarda Azərbaycana qarşı hücuma keçib. Elə həm də ona görədir ki, 24 yanvar AŞPA konsertini təşkil etdilər, 5 aprel Brüssel oyununu qurdular və Azərbaycan xalqına və dövlətinə qarşı ən son Strasburqda başladılan və Brüsseldə davam edən məkrli planı 21 aprel tarixində “Məhsul stadionu”nda bitirmək istəyirlər.

Görünən odur ki, gücünü Azərbaycan xalqından və vətəndaşından deyil, xaricdəki patronlarından alan radikallarımız da, həm regionumuzla, həm də dünyada baş verənlərlə bağlı hazırkı həssas dönəmi nəinki nəzərə almır, əksinə fürsət hesab edir. Minlərlə şəhidlərimizin və qazilərimizin həyatı və sağlamlıqları hesabına əldə etdiyimiz tarixi qələbəni, bütövlüyü və suverenliyi qorumaq üçün dövlətin və dövlətçiliyin ətrafında birləşmək əvəzinə, ölkədə xaos və qarşıdurma yaratmağa çalışırlar. Sanki radikal düşərgə arasında bir yarış başlanıb. İlk dəfə ərazi bütövlüyünü və bütün ərazilərində suverenliyini təmin edən Azərbaycanda ilk mitinqi, etiraz aksiyasını və iğtişaşı təşkil etməklə bağlı tarixə düşmək yarışı. Hətta bütün siyasi, diplomatik, maddi və hərbi gücü ilə Ermənistanın yanında olan Makron Fransasının bayrağının Bakıda dalğalanması hesabına başa gəlsə belə!
Ancaq hüquqdan və qanundan xəbərsiz olan və ya xəbərsiz olduqlarını göstərən o daxili və xarici qüvvələr unutmamalıdırlar ki, xalqın yanlış və başqalarının maraqlarına xidmət edən etiraza etiraz etmək hüququ var ki, müdrik və uzaqgörən Azərbaycan xalqı bunu çox gözəl bilir.

Azərbaycan xalqı və dövləti o qədər güclü xalq və dövlətdir ki, onun paytaxtı Bakıda maraqlarımıza zidd heç bir bayrağın qalxmasına imkan verməyəcək. Müstəqil, suveren, hüquqi və demokratik dövlət olan Azərbaycanda bütün digər müstəqil dövlətlər kimi Fransa dövlətinin də bayrağı qaldırıla bilər. Ancaq qanuna, rəsmi protokollara və prosedurlara uyğun olaraq, özü də Azərbaycan bayrağından yüksəyə yox. O da Fransa dövlətinin bayrağı ola bilər, ermənipərəst Makronun bayrağı deyil!

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov

Seçilən
180
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26313
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26174
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18118
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16335
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14357
Sabah 20 dərəcə isti olacaq
9604
May ayında Azərbaycana qar yağdı - VİDEO
8805
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8531
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8469
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
7882
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7186
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7143
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6960
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6852
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6505
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6436
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6385
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6008
Azərbaycan nefti ucuzlaşıb
5925
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5819