AZ

Doktoranturaya sənəd qəbulu BAŞLADI 

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb. 

Bizim.Media xəbər verir ki, sənəd qəbulu portal.edu.az vasitəsilə aparılır. 

Xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər. 

Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar. 

Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq. 

Bizim.Media
 

Seçilən
240
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq