AZ

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi

Qarğıdalı

Bakı, 16 aprel, AZƏRTAC

Aqrar Sığorta Fondu təsərrüfatlarını sığorta etmiş fermerlərə müxtəlif hadisələr nəticəsində dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir. Bu dəfə Balakən rayonunun Qazma kəndində növbəti sığorta ödənişi həyata keçirilib.

Fonddan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Aqrar Sığorta Fondu və Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və yerli fermerlər iştirak ediblər.

Rayon sakini Azər Rəsulova məxsus sığortalı qarğıdalı sahəsində dolu hadisəsi nəticəsində dəyən zərər üzrə Aqrar Sığorta Fondu tərəfindən 89 min 799 manat sığorta ödənişi həyata keçirilib.

Tədbirdə fermer Azər Rəsulov təsərrüfatında baş verən zərər hadisəsi barədə məlumat verərək bildirib ki, öz təsərrüfatını sığortalamaq üçün ümumilikdə 2,5 min manat ödəniş etdiyi halda, dolu hadisəsi nəticəsində dəyən zərərə görə təqribən 90 min manat sığorta ödənişi alıb. Bu da ödənilən sığorta haqqından qat-qat çoxdur.

Aqrar sığorta ödənişini dövlətin fermerlərə böyük dəstəyi kimi qiymətləndirən Azər Rəsulov Balakəndəki və digər rayonlardakı fermerləri təsərrüfatlarını sığortalamağa, dövlətin bu dəstəyindən faydalanmağa çağırıb.

Qeyd edək ki, Balakəndəki qarğıdalı sahələri dolu hadisəsindən ciddi zərər görüb və artıq bir sıra fermerlərə aqrar sığorta tərəfindən iri ödənişlər edilib. Qarğıdalı Aqrar Sığorta Fondu tərəfindən ən çox ödəniş həyata keçirilən bitkilərdəndir. İndiyədək bu əkinlər üzrə 220 min manatdan artıq ödəniş edilib və bu rəqəm artmaqdadır.

Tədbirdə bildirilib ki, ölkədə aqrar sığortanın əhatə dairəsi və ödənişləri sürətlə genişlənir. 2022-ci ildə aqrar sığorta üzrə 2,4 milyon manat zərər ödənişi olubsa, 2023-cü ilin sonunda bu rəqəm 80 faiz artaraq 4,4 milyon manata yüksəlib. 2024-cü ilin I rübündə 1,8 milyon manat sığorta ödənişləri həyata keçirilib.

Xatırladaq ki, dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmində fermerlər sığorta haqlarının yalnız yarısını ödəyirlər, qalan 50 faizi fermerə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahələrini çoxsaylı risklərdən qoruya bilirlər. Fondun ödənişlərinin sayının və məbləğinin ildən-ilə artması, həm aqrar sığorta sisteminin işləkliyini, həm də fermerlərin bu mexanizmə marağını göstərir.

Fermerlər təsərrüfatlarını sığortalamaq üçün (1651) “Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər. Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlərlə bağlı ətraflı məlumatı fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) öyrənmək olar.

Fermerlər “Sığorta kalkulyatoru” (https://asf.gov.az/bitkicilik-sigortasi-kalkulyatoru) vasitəsilə öz təsərrüfatlarının sığorta haqqını və sığorta təminatını asanlıqla hesablaya bilərlər.

Seçilən
162
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27802
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26830
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19156
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18175
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14693
Sabah 20 dərəcə isti olacaq
10019
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9695
May ayında Azərbaycana qar yağdı - VİDEO
8966
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8746
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8569
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
7564
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7452
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7195
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7077
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6689
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6595
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6560
Azərbaycan nefti ucuzlaşıb
6179
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6173