AZ

Fermerlərə aqrar sığorta ödənişləri edilib

Bu ilin aprel ayında Aqrar Sığorta Fondu tərəfindən İsmayıllı, Qusar və Şabran rayonlarında gilas və badam bağları, eləcə də kələm əkinlərinə dəyən zərərlərə görə fermerlərə sığorta ödənişləri verilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, İsmayıllı rayonu üzrə gilas bağına dəyən zərərə görə 41,9 min manat, Qusar rayonu üzrə kələm əkini sahəsinə dəyən zərərə görə 1566 manat, Şabran rayonu üzrə badam bağına dəyən zərərə görə isə 1777 manat məbləğində sığorta ödənilib.

Qeyd edək ki, 2023-cü ildə fermerlərə 4,4 milyon manat sığorta ödənişi edilib ki, bunun 3,5 milyon manatı əkin sahələri və bitkiçilik, 910 min manatı isə heyvandarlıq üzrə olub. Aqrar sığorta mexanizmi vasitəsilə 48 sayda bitki və bitkiçilik məhsullarını, o cümlədən meyvə bağlarını və tərəvəz əkinlərini sığortalamaq mümkündür.

Seçilən
127
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq