AZ

Mütəxəssisdən çörək, makaron və kartofla əlaqədar MARAQLI TÖVSİYƏ

Adətən insanlar pəhrizdə çörək, makaron, kartof və bir çox digər bu kimi qidaları məhdudlaşdırmağa öyrəşiblər. Əslində bu qidalar ziyanlı deyil, onları yemək tərzi səhvdir.

Bu barədə tanınmış rusiyalı həkim Yekaterina Volkova danışıb.

Mütəxəssis arıqlamaq istəyənlər üçün “qadağan olunmuş” ərzaqlardan ilk olaraq makaron haqqında danışıb. Onun sözlərinə görə, bu məhsul bərk növlərdən, tam taxıllardandırsa, onunla qidalanmaq faydalıdır, makaron orqanizmi uzunmüddətli enerji verən “yavaş” karbohidratlar və liflə təmin edir. Bununla belə bu məhsuldan istehlak üçün optimal miqdar 70 qramdır.

“Pəhrizdə olsanız, belə rasionda məqbul olan ikinci məhsul kartofdur. 70-80 qram bişmiş və ya qaynadılmış kartof sizə yaxşı təsir edəcək. Təzə kartof seçmək daha yaxşıdır”, - deyə həkim əlavə edib.

Diyetoloq rasionda vacib ərzaqlardan birinin də pendir olduğunu bildirib. Onun sözlərinə görə, tərkibində kalsium, fosfor, sink, “A”, “B1”, “B2”, “B12”, “C”, “D”, “E”, “PP” vitaminləri, amin turşuları olan bu ağartı qadağan edilməməlidir.

“30 qram sərt pendir həmçinin şirin bir şey istəyini azaldır”, - deyə o vurğulayıb.

Voldova pəhriz saxlayanların özlərinə qadağan etdikləri digər iki məhsulun çörək və banan olduğunu bildirib.

“Tam taxıl çörəyini seçməliyik. Onun tərkibində vitaminlər, fermentlər, mikro və makro elementlər, lif var. Banana gəlincə, artıq yetişmiş, şirin olanları yemək olmaz. Bizim (arıqlamaq istəyənlərin) bananları yaşıldır, onların tərkibində sadə nişasta deyil, “davamlı” nişasta var”, - deyə həkim sözlərini yekunlaşdırıb.

Mənbə: RG.ru

Seçilən
156
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15972
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15689
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15367
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13297
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11910
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9495
"Zaur, yenə çaşdın..." - VİDEO
7835
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5983
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5870
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5052
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4936
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4406
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4214
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4065
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3231
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3206
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2975
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2951
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2791