AZ

Livan sərhədində şiddətli partlayış: İsrail əsgərləri yaralandı

İsrail ordusu Livan sərhədində mənşəyi naməlum partlayış nəticəsində biri ağır olmaqla 4 əsgərinin yaralandığını bildirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ötən gecə ölkənin şimal sərhədində səbəbi hələlik məlum olmayan partlayış baş verib.
 
Partlayışda bir İsrail əsgəri ağır, ikisi orta, biri isə yüngül yaralanıb.

Yaralı əsgərlərin xəstəxanaya aparıldığı və ailələrinə məlumat verildiyi, partlayışın səbəbləri ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.

Hizbullah Hərəkatı İsrail-Livan sərhədində baş verən partlayış və yaralanan İsrail əsgərləri ilə bağlı açıqlama verib. Açıqlamada, Hizbullah üzvlərinin daha əvvəl İsrail əsgərlərinin sərhədi keçməməsi üçün Livanın İsrail sərhədində yerləşən Tel İsmayıl bölgəsinə partlayıcı yerləşdirdiyi bildirilib.

İsrail əsgərlərinin sərhədi keçərək Tel İsmayıla gələrək partlayıcıların qoyulduğu əraziyə çatdığı qeyd edilib. Hizbullahın açıqlamasında, bombaların partlaması nəticəsində İsrail əsgərləri arasında ölən və yaralananların olduğu bildirilib.
 
Mikayıl
Seçilən
103
50
Mənbələr
Şərh ()
Bağla