AZ

İran ABŞ-a hücum edəcəyinə söz verib

Axios portalı üç amerikalı mənbəyə istinadən xəbər verir ki, Tehran ərəb ölkələri vasitəsilə Vaşinqtona mesaj verib ki, ABŞ İsrail və İran arasındakı münaqişəyə müdaxilə edərsə, regiondakı Amerika qüvvələrinə hücum ediləcək.

 

Oxu24.com  xəbər  verir   ki, “İran bu həftənin əvvəlində bir neçə ərəb ölkəsi vasitəsilə Bayden administrasiyasına mesaj çatdırıb: ABŞ İsrail və İran arasında gedən döyüşlərə müdaxilə edərsə, ABŞ-ın bölgədəki qüvvələrinə hücum ediləcək”, - portal qeyd edib.

 

CBS News-un əvvəllər Amerika rəsmilərinə istinadən verdiyi məlumata görə, Vaşinqton İranın İsrailə qarşı hücumunun aprelin 12-də baş tutacağını gözləyir; hərbi hədəflərə qarşı 100-dən çox pilotsuz təyyarə və onlarla raketdən istifadə oluna bilər.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
50
oxu24.com

10Mənbələr