AZ

Helikopter qəzası: Ən azı 3 nəfər ölüb

Mexikoda helikopterin qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Meksika paytaxtının İctimai Təhlükəsizlik Katibliyinin rəhbəri Pablo Vaskes Kamaço məlumat verib.

“Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Əhali və yaxınlıqdakı evlər təhlükə altında deyil”, - o, “X”-də yazıb.

Öz növbəsində, Mexiko şəhər prokurorluğu Bell 206 helikopterinin qəzaya uğrama şəraiti ilə bağlı araşdırmaya başlandığını elan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
247
2
publika.az

10Mənbələr