AZ

Ukrayna Rusiyanın helikopterini vurdu 

Rusiyanın Samara şəhərində Mi-8 helikopteri Ukraynanın hava hücumu nəticəsində məhv edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. 

"2024-cü il aprelin 17-də Samara şəhərindəki Kryaj aerodromunda Mi-8 helikopteri məhv edilib. Helikopter işğalçıların silah və şəxsi heyətinin daşınması üçün istifadə olunub", - deyə bildirilib. 

Qeyd edilir ki, bu tipli helikopterin qiyməti 10-15 milyon dollar arasında dəyir. 


Telegram kanalımız
Seçilən
247
4
Mənbələr
Şərh ()
Bağla