AZ

Vəziyyət kritikdir: Rusiyanın bu vilayəti su altında qalacaq

Rusiyanın daha bir bölgəsi su altında qalma təhlükəsi ilə üzləşib.

Publika.az xəbər verir ki, Kurqan bölgəsində daşqın riski ən yüksək həddə çatıb.

Bu gecə çayda suyun səviyyəsi 5 metrə çatıb. Hazırda bir çox şəhərlərdə sirenlər səslənir və vilayət qubernatoru Vadim Şumkov daşqın təhlükəsi ilə üzləşən rayonların sakinlərini təxliyə etməyə çağırır.

Rusiya mediasının yazdığına görə, bu fövqəladə vəziyyət Qazaxıstandan qaynaqlanır: “Əgər əvvəllər Qazaxıstan rusofob siyasəti ilə məşhur idisə, indi Rusiyaya birbaşa ziyan vurur, halbuki hər şeydə təbiət günahkardır”.

Bölgəyə çoxlu su qonşu ölkədən axır. Qazaxıstan su anbarlarından normadan 45 dəfə artıq suyun buraxılması məlum olub. İndi 30-50 km uzunluğunda dalğa Kurqana doğru gedir.

Hazırda Kurqan vilayətində 300-dən çox evin və 470 yaşayış binasının su altında qaldığı bildirilir. Əgər yaxın bir neçə saat ərzində suyun səviyyəsi 674 sm-ə çatarsa, o zaman Kurqanın yarısı su altında qalacaq.

Seçilən
152
50
Mənbələr
Şərh ()
Bağla