AZ

Rusiyada böyük daşqın: Orskda neft emalı zavodu dayandı...

Fəlakətli daşqınların baş verdiyi Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində dəfələrlə bəndin dağılmasından sonra "Orsknefteorqsintez" neft emalı zavodu fəaliyyətini dayandırıb.
Hafta.az xəbər verir ki, bu barədə bazar günü, aprelin 7-də bu müəssisənin Telegram- kanalında məlumat yayılıb.
Neft emalı zavodunun dayandırılmasının səbəbi rəsmi olaraq “anomal daşqın” zamanı ətraf mühit üçün təhlükə adlanır.
"Ekoloji risklərin qarşısını almaq və ilk növbədə əməyin mühafizəsi ilə bağlı təhlükəsizlik qaydalarına riayət etmək məqsədilə Orsk neft emalı zavodunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - məlumatda belə deyilir.
İstehsalın dayandırılması inzibati, texniki və texnoloji heyətə, eləcə də işə davam edən podratçı işçilərinə təsir etməyib.
Xatırladılır ki, aprelin 5-də Rusiya Federasiyasının Orenburq vilayətinin Orsk şəhərində Ural çayı üzərindəki bənd dağılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları su basmış ərazidə patrul apararkən 3 nəfərin cəsədini aşkar ediblər. Ertəsi gün, aprelin 6-da Orskda bənd  yenidən dağılıb. Aprelin 7-dən vəziyyət getdikcə pisləşir. Suyun səviyyəsi demək olar ki, 9,7 metrə qalxıb, Ural sahillərindəki bir çox digər yaşayış məntəqələri su altında qalıb...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
50
hafta.az

10Mənbələr