AZ

Ağdaşda tövlə yandı - Mal-qara tələf oldu

Ağdaşda tövlə yanıb, tövlədə olan iribuynuzlu heyvanlar və ev quşları yanaraq tələf olub.

"Unikal" xəbər verir ki, yanğın Ağdaş rayon Güvəkənd kəndində, kənd sakini 1976-cı il təvəllüdlü Baxışov Tahir Məhəmməd oğluna məxsus mal tövləsində baş verib. Yanğın yerinə  Ağdaş rayon DYMH-nin texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 120 k/ m olan mal tövləsinin yanar konstruksiyaları, tövlədə olan 3 ədəd iri buynuzlu heyvan və 200 ədəd ev quşları yanaraq  tələf olub. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Seymur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
Mənbələr
Şərh ()
Bağla