AZ

Kuleba: “Heç olmasa, “Patriot”u icarəyə verin!”

“Qərb tərəfdaşlarından “Patriot” hava hücumundan müdafiə sistemlərini icarəyə götürməyi xahiş edirik”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Nazirin sözlərinə görə, hazırda Ukrayna iki “Patriot” sistemi və bir SAMP-T-nin ötürülməsi ilə bağlı danışıqlar aparır. O, hava hücumundan müdafiə sistemlərinin ötürülməsi mövzusunu “ən problemli” məsələ adlandırıb.

Aprelin əvvəlində Dmitri Kuleba NATO-dan “Patriot” zenit-raket komplekslərinin Ukraynaya təhvil verilməsini xahiş edib. Onun fikrincə, bu, Rusiya raketlərini vurmağa qadir olan yeganə sistemdir. Avropa diplomatiyasının rəhbəri Josef Borrell bir gün əvvəl, aprelin 14-də Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsi məsələsi ilə bağlı Avropa İttifaqının müdafiə nazirləri və xarici işlər nazirlərinin iclasını çağıracağını açıqlamışdı.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
25
Mənbələr
Şərh ()
Bağla