AZ

A Seriyası: Bir oyun yarıda qaldı, digər üç matç heç-heçə bitdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

Son çempion “Napoli” doğma meydanda “Frozinone” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Lider “İnter”in “Kalyari” ilə ev oyununda da oxşar nəticə qeydə alınıb.

“Sassuolo” – “Milan” matçında isə qapılara 6 qol vurulub. Amma bu görüşdə də tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər.

“Udineze” – “Roma” matçı da hesab 1:1 olarkən yarıda dayandırılıb. Buna “canavarlar”ın mərkəz müdafiəçisi Evan Ndikanın halının pisləşməsi səbəb olub. Futbolçu dərhal xəstəxanaya çatdırılıb və sağlıq durumunun yaxşı olduğu müəyyənləşib. Oyunun qalan 20 dəqiqəsi daha sonra keçiriləcək.

32-ci turun qalan görüşləri sabah keçiriləcək.

İtaliya, A Seriyası
32-ci tur
12 aprel

Latsio – Salernitana 4:1
Qollar: Felipe Anderson, 7; 35. Vesino, 14. İsaksen, 87 – Tçauna, 16.

13 aprel

Leççe – Empoli 1:0
Qol: Sansone, 89.

Torino – Yuventus 0:0

Bolonya – Montsa 0:0

14 aprel

Napoli – Frozinone 2:2
Qollar: Politano, 16. Osimhen, 63 – Şeddira, 50; 73.

Sassuolo – Milan 3:3
Qollar: Pinamonti, 4. Loryente, 10; 53 – Leao, 20. Yoviç, 59. Okafor, 84.

Udineze – Roma 1:1 (oyun yarıda qalıb)
Qollar: R.Pereyra, 23 – Lukaku, 64.

İnter – Kalyari 2:2
Qollar: Türam, 12. H.Çalhanoğlu, 74-pen – Şomurodov, 65. Viola, 83.

15 aprel

20:30. Fiorentina – Cenoa
22:45. Atalanta – Verona

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
10
Mənbələr
Şərh ()
Bağla