AZ

Ramil Şeydayev “Kocaelispor”da qol hesabını açdı - Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv TFF Birinci Liqanın 30-cu turu çərçivəsində “Girəsunspor”la qarşılaşıb.

Futbolçumuzun komandası doğma meydanda baş tutan bu görüşdən inamlı qələbə ilə ayrılıb – 2:0.

Şeydayev bu oyuna start heyətdə başlayıb. Komandasının ilk qolunu da Ramil vurub. 8-ci dəqiqədə fərqlənən millimizin üzvü Türkiyə komandasında ilk qoluna imza atıb. O, 79-cu dəqiqədə, komandası 2:0 öndə olarkən əvəzlənib.

“Kocaelispor” bu nəticədən sonra 52 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Bu komanda cari mövsümdə 15 qələbəyə sevinib, 7 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 11 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
3
Mənbələr
Şərh ()
Bağla