AZ

"Sədərək"də maşınların üzərində gəzən şəxs xəstəxanaya yerləşdirildi - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Sosial şəbəkələrdə bir gəncin “Sədərək” Ticarət Mərkəzinin dayanacağında avtomobillərin üzərinə çıxaraq qəsdən ziyan vurmasını əks etdirən görüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi də reaksiya bildirib.

 

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov APA-ya bildirib ki, Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birinin dayanacağında avtomobillərə qəsdən ziyan vurulması ilə bağlı polisə məlumat daxil olub.

 

Həmin şəxs paytaxt sakini 2001-ci il təvəllüdlü V.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun psixi sağlamlığının yerində olmadığı müəyyən edilib. Həmin şəxsin ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib.

 

Sözügedən görüntüləri təqdim edirik:

 

 

Seçilən
71
36
1

1Mənbələr

Şərh ()
Bağla