AZ

“Uşaq mənimdir, özüm bilərəm”: Azyaşlıya siqaret çəkdirən ataya hansı cəza veriləcək? – YENİLƏNİB + FOTO/VİDEO

Sosial şəbəkələrdə canlı yayımda ata bir yaşlı oğluna siqaret çəkdirib.

Məhəmməd Nəbilinin körpə uşağına qarşı bu addımı sosial şəbəkələrdə geniş müzakirə olunub və qınanılıb. Narazılıqlara cavab verən ata sonradan çəkib paylaşdığı videoda bildirib ki, siqareti uşağa çəkdirməyib, onun ağzından aralı tutub.

“Uşaq mənimdir, özüm bilərəm. Əziyyətlə böyüdürəm. Mənim nə etməyimin heç kimə aidiyyəti yoxdur”, – deyə Məhəmməd Nəbili bildirib.

Bəs valideynin belə hərəkətinin qanunvericilikdə hansısa cəzası varmı?

Ətraflı Baku TV-nin süjetində:

11:29

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirilməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Məhəmməd Nəbili müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.
Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
36
editor.az

10Mənbələr