AZ

Qərbi Azərbaycan İcması “Freedom House” təşkilatını siyasi dairələrin əlində alət olmamağa çağırdı

ABŞ-də fəaliyyət göstərən və özünü demokratiya və insan hüquqlarının keşikçisi kimi qələmə verən “Freedom House” təşkilatı illik hesabat dərc edib. “Xalqlar keçiddə 2024” adlı hesabat hazırda beynəlxalq aləmdə cərəyan edən geosiyasi qarşıdurmaya ideoloji rəng verməyə çalışır.

 

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

 

Hesabatın müəllifləri açıq-aşkar qızışdırıdıcı yanaşma tutaraq, diplomatiya və qarşılıqlı anlaşmaya qarşı çıxır və ayırıcı xətləri dərinləşdirərək dövlətləri bu və ya digər düşərgəyə aid edirlər. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini və müstəqil siyasət yürütməsini həzm edə bilməyən hesabatın sifarişçiləri, 2023-cü il sentyabr ayında həyata keçirilmiş anti-terror tədbirlərinin guya insan hüquqlarını pozduğunu iddia edirlər.

 

Ümumilikdə zərərli və yanlış olan hesabatda Azərbaycanın xüsusi hədəfə alınması “Freedom House”da kök salmış, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin fəaliyyətinin nəticəsidir. “Freedom House”un erməni əməkdaşları insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə milli təəssübkeşlikdən çıxış edərək Azərbaycan qara yaxırlar.

 

Qərbi Azərbaycan İcması “Freedom House”un irqçi düşüncəli dairələrin təsirinə düşərək öz mötəbərliyini itirməsindən təəsüflənir, təşkilatı siyasi dairələrin əlində alət olmamağa, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağırır.

Tarix: 14 Aprel 2024, 18:20   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
35
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14327
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11316
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9215
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3072
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2619
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2341
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2293
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2162
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1842
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1641
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1204
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
811
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
771
Azərbaycan nefti ucuzlaşdı
764
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
725
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
692
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
688
Arda Gülər dayanmır, yenə fərqləndi -
604