AZ

Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Yevlax Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Elmi Veysəl oğlu Qədimovu oxuculara təqdim edəcəyik.
 
O, 1964-cü ildə Bərdə rayonunun Qarağacı kəndində anadan olub. 1981-1987-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1987-1988-ci illər ərzində Ukraynanın Odessa Şəhər Xəstəxanasında ordinatura təhsili alıb.
 
Elmi Qədimov 1988-1990-cı illərdə Odessa vilayətinin İvanov Rayon Xəstəxanasında həkim-cərrah, 1990-1999-cu illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri, 1999-2004-cu illərdə Yevlax RMX-da baş həkim, 2004-2009-cu illərdə Yevlax Rayon Aran Qəsəbə Xəstəxanasında baş həkim, 2009-2013-cü illərdə isə Yevlax RMX-da Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. O, 2013-cü ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-ümumi cərrah kimi fəaliyyətini davam etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
27
Mənbələr
Şərh ()
Bağla