AZ

Moldova Rusiya qoşunlarının Dnestryanı regiondan çıxarılmasını tələb edir

Moldovanın xarici işlər naziri Mixay Popşoy Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəhbəri Yan Borçla birgə keçirdiyi brifinqdə deyib ki, Kişinyov rus qoşunlarının Dnestryanı ərazini tərk etməsinə “güclü ehtiyac” görür və Moldova bu məsələdə müttəfiqlərinin köməyinə ümid edir.

NOCOMMENT.az xəbər verir ki, Popşoyun sözlərini TASS sitat gətirib.

“Moldova Respublikası Rusiya ordusunun və silahlarının ölkəmizin Dnestryanı bölgəsindən çıxarılmasının qəti ehtiyacını qeyd edir”, – o vurğulayıb.

Nazir əlavə edib ki, Kişinyovun “dostları” Rusiya qoşunlarının regiondan çıxarılması prosesini “sürətləndirə” bilər və Moldova tərəfdaşlarından müvafiq addımlar atacağına ümid edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
5
Mənbələr
Şərh ()
Bağla