AZ

Azərbaycanlı sərhədçi  yaralandı, Ermənistandakı Aİ missiyası harda idi?

Aprelin 10-da Azərbaycan və Ermənistan arasındakı şərti sərhəddə növbəti insident baş verib. Ermənistan Silahlı Qüvvələri yenidən Azərbaycanın sərhəd postuna atəş açıb, nəticədə Dövlət Sərhəd Xidmətinin baş leytenantı yaralanıb.Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni sərhədçilərini qaydaları pozmaqda və atışmaya səbəb olmaqda ittiham edib."Aprelin 10-da Ermənistan MTX-nin müddətli hərbi xidmət keçən hərbi qulluqçusu erməni çobanın azaraq mal-qara ilə Azərbaycan ərazisinə keçdiyini öyrəndikdən sonra xidmət yoldaşları ilə birlikdə özləri sərhədi keçərək mal-qaranı geri qaytarmağa qərar verib və bununla xidmət qaydalarını pozub ki, bu da ehtiyatsızlıq ucbatından mühüm zərər yetirməklə yanaşı, səbəbsiz atışmaya səbəb olmaqla insanların sağlamlığı və həyatını təhdid altında qoyub", - məlumatda deyilir.Lakin sual yaranır - bu zaman Avropa İttifaqının (Aİ) müşahidə missiyası harada idi?Aİ-nin Ermənistandakı monitorinq missiyası ötən ilin yanvar ayında fəaliyyətə başlayıb. İlkin olaraq gələn əməkdaşların sayı 100 nəfər idi. Lakin artıq dekabr ayında onların sayı artaraq 209 nəfərə çatıb. Doğrudanmı bunlardan heç biri vaxtında reaksiya verəcək vəziyyətdə deyildi?Aİ missiyasının insidentə heç bir reaksiya verməməsi artıq xəbər verir ki, avropalılar bu məsuliyyəti öz üzərinə götürməyə sadəcə hazır deyil.Artıq ilk dəfə deyil ki, avropalılar susur və ya guya bəzi erməni kəndlərinə çıxış imkanlarının olmadığını deyərək özlərinə bəraət qazandırır. Ötən ilin fevral ayında bənzər insident baş verən zaman Aİ missiyası məsuliyyəti rus sərhədçilərin üzərinə atdı.Bəs onda onların öhdəlikləri nədən ibarətdir? Təkcə bu ilin mart ayında Ermənistan parlamenti Aİ ilə müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Bu saziş missiyanın fəaliyyətini tənzimləməli və funksiyalarını təyin etməli idi. Müşahidəçilərin son il ərzində nə işlə məşğul olduğu məlum deyil.Aydındır ki, bütün bu müddət ərzində avropalılar öz erməni dostlarını müdafiə ediblər. Ermənistan tərəfi artıq məsuliyyəti öz üzərinə götürüb, Aİ isə onları ört-basdır eləməyə davam edir. Budur, "durbin diplomatiyası" yenə də işə yaramadı.Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirir ki, Ermənistan ərazisində Avropa missiyasının mandatını daha iki il müddətinə uzatmaq olar. Avropalıların yenə də heç bir iş görməyərək tamamilə yararsız olduqlarını sübut etmələrindən başqa, mandatlarının uzadılması Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və tərəflər arasında sülh sazişi yolunda növbəti maneədir. Bununla belə, Paşinyan bildirir ki, Bakı və İrəvan bütün problemləri müstəqil şəkildə, üçüncü şəxslər olmadan həll etməlidir. Ermənistan rəhbərliyi bəs nəyə nail olmağa çalışır? (Trend)

Seçilən
140
28
Mənbələr
Şərh ()
Bağla