AZ

Aİ-nin Ermənistandakı missiyasının müddəti uzadıla bilər

Bakı. Trend:

Aİ missiyasının Ermənistanda qalma müddəti uzadıla bilər.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunuErmənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

“Aİ-nin müşahidə missiyası çox vacibdir” deyən baş nazirmissiyanın guya Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı “obyektiv”məlumat verdiyini vurğulayıb.

Qeyd edək ki, Ermənistan parlamenti Azərbaycanla sərhəddə Aİ-ninmülki müşahidə missiyasının statusu haqqında Aİ ilə sazişiratifikasiya edib. Müqavilə Aİ-nin Ermənistandakı missiyasınınfəaliyyətini tənzimləyir, həmçinin, bu ölkədəki missiyanınfunksiyalarını aydınlaşdırır. Nümayəndəliyin üzvləri saxlanıla vəya həbs oluna bilməzlər və işçilər ev sahibi ölkədə cinayətlə bağlıtəqib oluna bilməzlər. Aİ müşahidəçilərinin obyektləri dətoxunulmazdır.

Bundan əlavə, avropalı müşahidəçilər gömrük prosedurları, vizavə miqrasiya tələblərindən azaddırlar. Onlar ölkə daxilində sərbəstvə məhdudiyyətsiz hərəkət hüququ əldə edirlər.

Aİ-nin Ermənistandakı monitorinq missiyası 23 yanvar 2023-cüildə fəaliyyətə başlayıb. İşçilərin sayı ilkin olaraq 100 nəfəridi. Üstəlik, həmin il dekabrın 11-də onların sayının 209 nəfərəçatdırılması qərara alınıb.

Seçilən
154
28
Mənbələr
Şərh ()
Bağla