AZ

Şəkidə QƏZA – 88 yaşlı kişi həyatını İTİRDİ 

Şəkidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib. Yol-nəqliyyat hadisəsi rayonun Göynük inzibati ərazisinə daxil olan Abbas kəndində qeydə alınıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Qeyd olunub ki, gecə saatlarında Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 88 yaşlı Mürsəl Şamxalovu vurub. 
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
227
11
Mənbələr
Şərh ()
Bağla