AZ

Erməni deputat Müdafiə Nazirliyini tənqid etdi: “Zabitlərimizin hərəsi bir geyimdə gəzir”

“Ermənistanın müdafiə naziri Suren Papikyanın vədlərinə baxmayaraq, qurum hətta yeni hərbi geyimlərin istehsalını təmin edə bilməyib”.

Bizim.Media xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan ölkə parlamentində çıxışı zamanı bildirib.

“Siz rəsmən elan etdiniz ki, 2024-cü ildə yeni forma olacaq, amma heç nə etmədiniz. Bizim yüksəkrütbəli zabitlərimizin hərəsi bir formada gəzir”, - deyə deputat bildirib.

O, həmçinin, Müdafiə Nazirliyini bir sıra digər mühüm aspektlərə, o cümlədən sərhəddə mühəndis strukturları ilə bağlı problemlərə görə də tənqid edib.

Bizim.Media
 

Seçilən
248
2
Mənbələr
Şərh ()
Bağla