AZ

Erməni deputat: Zabitlərimizin hərəsi bir geyimdə gəzir

“Ermənistanın müdafiə naziri Suren Papikyanın vədlərinə baxmayaraq, qurum hətta yeni hərbi geyimlərin istehsalını təmin edə bilməyib”.

Ermənistan mediasının məlumatına görə, bu barədə “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan ölkə parlamentində çıxışı zamanı bildirib.

“Siz rəsmən elan etdiniz ki, 2024-cü ildə yeni forma olacaq, amma heç nə etmədiniz. Bizim yüksəkrütbəli zabitlərimizin hərəsi bir formada gəzir”, - deyə deputat bildirib.

O, həmçinin, Müdafiə Nazirliyini bir sıra digər mühüm aspektlərə, o cümlədən sərhəddə mühəndis strukturları ilə bağlı problemlərə görə tənqid edib.

“Əgər tikinti şirkətləri sizin müsabiqələrdə iştirak etmək istəmirlərsə, bu məsələni həll edin. Bu, sizin vəzifənizdir”, - deyə Manukyan bildirib.

Deputat attestasiyadan uğurla keçən hərbi qulluqçuların faizinin aşağı olduğunu da diqqətə çatdırıb:

“İndiyədək attestasiyada 5 800-ə yaxın şəxs iştirak edib, onlardan yalnız 2 573-ü müsbət qiymət alıb. “Vətənin müdafiəçisi” proqramı (hərbi xidmətdən müqaviləli xidmətə keçid nəzərdə tutulur - red.) üzrə imtahan verən 155 nəfərdən yalnız üçü attestasiyadan keçib”.

Oxu.Az

Seçilən
228
2
Mənbələr
Şərh ()
Bağla