AZ

Nadal Barselonada ilk məşqinə çıxdı

İspaniyalı tennisçi Rafael Nadal zədədən sonra yenidən məşqlərini bərpa edib. 22 qat “Böyük dəbilqə” seriyalı turnirlərin qalibi Barselonadakı məşqindən şəkillərini paylaşıb.

“Barselonadan hər kəsi salamlayıram. İlk məşqim oldu. Ümid edirəm ki, turnirdə də iştirak edə biləcəyəm. Qəti şəkildə oynaya biləcəyimi söyləmək tezdir. Amma buna çox inanıram” , – deyə Nadal yazıb.

Xatırladaq ki, ispan tennis “Monte-Karlo Masters”də də çıxış etməli idi. Lakin Rafael zədəli olduğuna görə turnirdən imtina etmişdi. Barselonadakı turnir gələn həftənin bazar ertəsi start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
5
Mənbələr
Şərh ()
Bağla